Nicat ilk partiyada sülh bağladı

Bakıda şahmat üzrə dünya kubokunda 1\16 finalın ilk oyunlarına start verilib. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda mübarizəni davam etdirən Nicat Abbasov FİDE adından çıxış edən Pyotr Svidlerə rəqib olub.

Tərəflər debütdə Vəzir qambiti seçiblər. Nicat növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. Təmsilçimiz Pyotrun oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb.

Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb. Cavab görüşü sabah keçiriləcək.

Həmin kateqoriyadan