Nicat Şıxəlizadə “Böyük dəbilqə”də gümüş medal qazandı

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə onun adını daşıyan idman sarayında cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq yarışı başladı. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 kimono ustası mübarizə aparır.

Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı – 48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirova, İçinxorloo Munxtsedev və Larisa Florian (57 kq) rəqabəti erkən dayandırdılar.

Kişilərin rəqabətində Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (60 kq), İsmayıl İbrahimov və İlkin Babazadə (66 kq) də ümidləri doğrultmadılar.

Millidən yalnız 66 kq-da Nicat Şıxəlizadə uğurlu çıxış etdi. O, finala qədər inamla irəlilədi. Həlledici tutaşmada moldovalı Denis Mieru

Bu çəkidə İbrahim Əliyev 5-ci yer tutdu. “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlaq.

Həmin kateqoriyadan