- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə iddiaçılar turnirində XIII turun oyunları baş tutub.
Allsport.az xəbər verir ki, iştirakçılar bir günlük fasilədən sonra lövhə arxasına keçiblər.
Azərbaycan şahmatçısı Nicat Abbasov sonuncudan əvvəlki turda Vidit Santoş Qujrati ilə üz-üzə gəlib. 29 yaşlı təmsilçimiz qara fiqurlarla axırıncı sınağına çıxıb və 31-ci gedişdə sülhə razılaşıb.