Niderland müdafiəsi «Şah»a qələbə gətirdi

Bu gün Dohada «Qatar Masters Open» beynəlxalq turnirində 4-cü turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, 7 təmsilçimizin yer aldığı rəqabətdə, 3 şahmatçımız üst sıralarda qərarlaşsa da, son nəticələrdən sonra hələlik ən yaxşı durum Şəhriyar Məmmədyarovdadır.

Qədir Hüseynovla Vasif Durarbəyli hesabat turunda rəqibləri ilə xalı yarıya bölsələr də, «Şah» növbəti qələbəsini qazanıb. Qara fiqurla oynayan qrossmeysterimiz Niderland müdafiəsinə üstük verib. Mittelşpildə təşəbbüsə yiyələnən Şəhriyar, 54-cü gedişdə rəqibini təslim edib.
4-cü tur

Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya) 1:0
Qədir Hüseynov – Sergey Movsesyan (Ermənistan) 0,5:0,5
Vasif Durarbəyli – Bu Syanci (Çin) 0,5:0,5
Rauf Məmmədov – Aleksandr Donçenko (Çin) 0,5:0,5
Eltac Səfərli – Jansaya Abdumalik (Qazaxıstan) 1:0
Günay Məmmədzadə – Narayal Qopal (Hindistan) 0,5:0,5
Zeynəb Məmmədyarova – Sofiko Quramişvili (Gürcüstan) 0:1
Yarış cədvəli: 1. Aniş Qiri (Niderland) – 4 xal; Şəhriyar Məmmədyarov (Azərbaycan) – 3,5; Qədir Hüseynov, Vasif Durarbəyli, Eltac Səfərli – 3;  Rauf Məmmədov 2,5; Günay Məmmədzadə –2 və Zeynəb Məmmədyarova – 1,5.

 

Həmin kateqoriyadan