- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Keçmiş dünya çempionu Nona Qaprindaşvili 42-ci Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun görüşlərini izləyib. Allsport.az saytı xəbər verir ki, “Büllur saray”ın sərgi solununa da baxmağa imkan tapan 5-qat dünya çempionu 2 ildən sonra Batumidə keçiriləcək olimpiadının stendinə tamaşa edib. Daha sonra BCOOCun mətbuat xidmətinin suallarını cavablandırıb:
“Bakıda sonuncu dəfə 1 il əvvəl olmuşam. Həmin vaxt burada şahmat üzrə dünya kuboku keçirilirdi. Olimpiadadan zövq almaq üçün, yenidən məmuniyyətlə Azərbaycan paytaxtına gəldim. Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi. Şərait əladır, olimpiadanın oyun zalı möhtəşəmdir. Buradakı atmosferdən zövq alıram”.
O, Gürcüstanın qadınlardan ibarət yığmasının çıxışını da dəyərləndirib: “Turnirin startında onlar gözlənilmədən Filippinə uduzdular. Bu məğlubiyyət anlaşılmaz idi. İstənilən halda, millimizin olimpiadada medallar uğrunda mübarizə aparacağını düşünürəm”.
Nona Qaprindaşvili qeyd edib ki, Batumidə baş tutacaq növbəti olimpiadanı səbirsizliklə gözləyirlər: “Batumi dəniz sahilində yerləşən və əla infrastruktura malik şəhərdir. Olimpiadaya hazırlıq yaxşı təşkil olunacaq, oyun zalı ilə bağlı da heç bir problem yoxdur. Olimpiadaya yüksək səviyyədə hazırlaşmaq üçün hələ iki ilimiz var”.
Sonda sabiq dünya çempionu bildirib ki, dünya şahmatının diqqəti qarşıdakı illərdə Azərbaycan və Gürcüstanda cəmlənəcək: “Bakı 2 dəfə FİDE-nin qran-prisinə, dünya kubokuna ev sahibliyi edib. Hazırda isə burada olimpiada təşkil olunur. Tiflisdə də FİDE-nin qran-prisi keçirilib. Növbəti il Gürcüstan paytaxtı dünya kubokunu, daha sonra Batumi olimpiadanı qəbul edəcək. Artıq lazım olan hazırlıqlara start vermişik”.