- Baxış sayı: 75
- 20 Fevral 2026 23:22
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

“Nottingem Forest”in baş məşqçisi Vitor Pereyra Avropa liqasının pley-off mərhələsində “Fənərbağça” üzərində qazanılan inamlı qələbəni (3:0) şərh edərkən futbolçularının nümayiş etdirdiyi oyundan razılığını bildirib.
Allsport.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan portuqaliyalı mütəxəssis komandasının həm fərdi ustalıq, həm də intizam baxımından yüksək səviyyə göstərdiyini vurğulayıb.
Pereyra oyun haqqında bu fikrini bölüşüb: “Məni ən çox heyran edən oyunçuların səviyyəsi oldu. Onlardan meydanda özlərini göstərməyi, eyni zamanda intizamı qorumağı xahiş etmişdim və onlar buna əməl etdilər. “Nottingem”in daha iki qol vurmaq imkanı var idi, lakin bu nəticə də kifayət qədər layiqdir. Biz stabil və yaxşı oyun keçirdik, qələbəyə tam layiq idik.”
Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra, fevralın 26-da İngiltərədə baş tutacaq.