- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Portuqaliya paytaxtı Lissabonda cüdoçuların Avropa çempionatında şəxsi mücadilə sona yetib. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə daha bir təmsilçimiz fərqlənib.
100 kq-da çıxış edən Zelim Kotsoyev 1/16 finalda avstriyalı Aaron Fara, sonra macarıstanlı Jombor Veqini üstələyi. 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzan 22 yaşlı idmançı, təsəlliverici görüşdə fransalı Siril Mareti, 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Niyaz İlyasovu ipponla məyus edib olub.
Yarışda 45 ölkənin 359 cüdoçusu mübarizə aparıb. Azərbaycan millisi cəmdə 2 bürünc medala yetişib. Öncə Kəramət Hüseynov (60 kq) fəxri kürsüyə qalxmışdı.
Avropanın ən güclülərinin yarışında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalı qazanıblar.