- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Biz Nyu-York ətrafında Lonq-Aylənddə qalırıq. Bu yaşayış massivi Manxettendən 40 dəqiqə aralıdadır. Burda hər şey qaydasındadır. Evdəyik, iş yerimiz bağlıdır”.
Bunu allsport.az saytına açıqlamasında ABŞ-da yaşayan soydaşımız Vüqar Orucov deyib. Onun sözünə görə, yaşadığı məkanda sakitçilikdir, ermənilərlə azərbaycanlılar arasında münaqişə yoxdur: “Burada əsasən polislər həkimlər çalışır. Güləş zalları bağlıdır. Amma yavaş-yavaş yumşalmalar gözlənilir”.
Qeyd edək ki, Vüqar Orucov Bakıda doğulub. Azərbaycan güləş məktəbinin yetirməsidir. O, müstəqilliyin ilk illərində Belarusa köçüb. Bu ölkə və bir müddət Rusiya adına sərbəst üsulda 48 kq-da çoxlu medallar qazanıb. Bunun sırasında olimpiya bürüncü, dünya kubokunun sahibi, 2-qat dünya və Avropa çempionluğu da var. Hazırda “Nassau” kommuniti kollecində məşqçi köməkçisi işləyir.