O olmasın, bu olsun: uzun illər sonra yenidən fərdi dünya kuboku

Dünya güləş birliyinin icraiyyə komitəsinin növbəti iclası olub. Allsport.az saytı xəbər verir ki, onlayn qaydada təşkil olunan tədbirdə ali qurumun büro üzvlərinin əsas müzakirə mövzusu dekabrda nəzərdə tutulan dünya çempionatı olub.

Azərbaycan güləş federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi toplantının yekununda yarışın keçirilməsinin mümkünsüz olduğu qənaətinə gəlinib. Buna səbəb, dünya çempionatı üçün tələb üçün 70 faiz iştirakçı həddinin dolmamasıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr 12-20 dekabrda Serbiya paytaxtı Belqrada səfər edə etməyəcəklərini bildiriblər.

Bu üzdən İK qərara alıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi dünya kuboku keçirilsin. Belə ki, güləşin hər 3 növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq. 

Həmin kateqoriyadan