- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, konfrans liqasının 2-ci təsnifatının cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin qalib gəlməsi, “Zirə”nin heç-heçə etməsi ölkəmizin hesabına daha 0,625 xal yazdırıb. İlk 2 adı çəkilən klublar hərəyə 0,250, “qartallar” 0,125 xal qazanıb.
Bu mövsüm xalların sayı 1,250-ə çatıb. Bunun yarısı – 0,625-i “Qarabağ”ın hesabındadır. Son 5 mövsümdə isə qazanılan xal sayı 13,875-ə çatıb. Bununla belə, ölkəmizin 29-cu pillədəki mövqeyi dəyişməyib.