“Olimp” hospital və “Şamaxı” klubu arasında əməkdaşlıq

Müqaviləni “Olimp” hospitalın direktoru Ruslan Rzayev və “Şamaxı” futbol klubunun idarə heyətinin sədri Elçin Usub imzalayıblar. Allsport.az saytı xəbər verir ki, tədbir Bakıda adı çəkilən tibb ocağının konfrans zalında baş tutub.

Anlaşma çərçivəsində bu hospital “Şamaxı”nın futbolçularına tibbi müşahidə, profilaktik müayinələr, zədələnmə sonrası reabilitasiya və funksional bərpa xidmətləri göstərəcək. Əməkdaşlıq həm futbolçuların sağlamlığının qorunmasına, həm də peşəkar səviyyədə performans izlənməsinə yönəlib.

Həmin kateqoriyadan