Olimpiadada aldığı zədə ciddidir

“Pittsburq Pinqvins” klubunun kapitanı Sidni Krosbi Milandakı qış olimpiya oyunlarında aldığı zədə səbəbindən ən azı bir ay buz üzərinə çıxa bilməyəcək.

Allsport.az xəbər verir ki, 38 yaşlı kanadalı hücumçu olimpiadanın 1/4 finalında Çex respublikası ilə oyunda (4:3) xəsarət zədə alıb.

Bu zədə üzündən o, Finlandiya ilə yarımfinalı və ABŞ-ə qarşı keçirilən gərgin final (1:2) görüşünü buraxmalı olub.

Klubun mətbuat xidmətinin məlumatına görə, Krosbinin bərpası minimum dörd həftə çəkəcək. Bu isə o deməkdir ki, NHL-in cari mövsümündə 56 matçda 59 (27 qol + 32 ötürmə) xal toplayan ulduz xokkeyçi “Pittsburq”un pley-off mübarizəsindəki mühüm oyunlarını kənardan izləyəcək.

Həmin kateqoriyadan