- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün Budapeştdə 45-ci Ümumdünya şahmat olimpiadasına start verilib.
Allsport.az saytı xəbər verir ki, ilk turda kişi şahmatçılardan ibarət Azərbaycan millisi İordaniyanı 3,5-0,5 məğlub edib. Aydın Süleymanlı, Nicat Abbasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.
Qadınlardan ibarət seçməmiz isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi təslim olmağa məcbur edib.