- Baxış sayı: 31
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Özbəkistanlı boksçu Ləzizbəy Mollacanov dopinq testindən keçə bilməyib.
Allsport.az xəbər verir ki, 26 yaşlı idmançının dopinq testi əzələlərin sürətli böyüməsini, həmçinin dözümlülüyü və fiziki gücü artıran sintetik anabolik steroid olan metasteron üçün müsbət nəticə verib. Nümunə iyunun 11-də Mollacanovdan götürülüb.
İndi Ləzizbəy “B” nümunəsinin analizini tələb etmək hüququna malikdir. “B” nümunəsi birinci nümunənin məlumatlarını təsdiq edərsə, idmançı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunacaq.
Mollacanov 92 kq çəki dərəcəsində 2024-cü il olimpiadasının qızıl medalının sahibidir. O, finalda Azərbaycan təmsilçisi Alfonso Dominqesi udmuşdu.