Olimpiya çempionu ötənləri yada salıb

İdman gimnastikası üzrə olimpiya çempionu Liliya Axaimova Tokio-2020-də qələbəsini xatırlayıb.

Allsport.az saytı xəbər verir ki, yay oyunlarında o, ABŞ komandasını (166.096) qabaqlayaraq, 169.528 xalla Viktoriya Listunova, Vladislava Urazova və Ancelina Melnikova ilə birlikdə çoxnövçülük üzrə komanda hesabında qalib olub.

Rusiya gimnastları ilk dəfə çoxnövçülükdə komandanı qazanıblar.

“Bu gün Tokio olimpiadasında 29 ildən sonra ölkəyə qızıl medal qazandıraraq tarix yazmağımızdan düz 3 il keçir. Əvvəlcə özünüz üçün məşq edirsiniz, sonra məktəbiniz, bölgəniz, sonra şəhəriniz, sonra ölkəniz üçün yarışırsınız.

Ömrümün 20 ilini idman zalında keçirmişəm və düzünü desəm, uşaqlığımı həqiqətən xoşbəxt hesab edirəm”, – gözəlçə xoş anları yada salıb.

Həmin kateqoriyadan