- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün yeniyetmələr, gənclər və qadın güləşçilərimiz çimərlik növündə məşqlərə başlayıblar. Allsport.az saytı xəbər verir ki, çalışmalar həftədə 2 dəfə nəzərdə tutulub. Dünya çempionu Oyan Nəzəriani hazırlıqda qadın güləşçiləri qaydalarla tanış edib. Sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin mübarizə şəraitində keçib.
Xəbər verdiyimiz kimi, AGF çimərlik güləşinin inkişafı üçün müxtəlif addımlar atır. Bunlardan biri də payız, qış və yaz aylarında məşq edə bilmək üçün qapalı məkanın istifadəyə verilməsidir.
Artıq olimpiya güləş mərkəzinin ərazisində çimərlik güləşi üzrə zal tam hazır vəziyyətə gətirilib. Dünya güləş birliyinin tətbiq etdiyi standartlara uyğun olaraq hazırlanan və yüksək keyfiyyətli qumla təchiz olunmuş çimərlik güləşi zalı karantin başa çatdıqdan sonra güləşçilərin ixtiyarına veriləcək.