FOTO
Olimpiya mükafatçısı millimizin üzvləri ilə görüşüb

FİFA tərəfindən ardıcıl 5 dəfə dünyanın ən yaxşı qadın futbolçusu (2006-2010) seçilən Braziliya millisinin əfsanəvi üzvü Marta Vieyra da Silva Bakıya gəlib.

Allsport.az saytı affa-a istinadən xəbər verir ki, BMT İnkişaf Proqramının (UNDP) xoşməramlı səfiri olan cənubi amerikalı, oktyabrın 28-dən 30-dək Bakıda keçirilən Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Afina və Pekin olimpiadalarının gümüş mükafatçısı  bu gün Bayıl Arenda 17 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyib. Məşq prosesi başa çatdıqdan sonra, karyerası barədə məlumat verən Marta, sonda futbolçularımızın suallarını cavablandırıb.

1(1669) 2(1257) 3(1236) 4(1211) 5(1152) 6(1123) 7(1058) 8(1034) 9(976) 11(870) 12(842) 13(641) 14(619) 15(418) 16(370) 17(229) 18(204) 19(138) 20(136) 21(87) 23(61) 24(53)

Həmin kateqoriyadan