Olimpiya oyunlarında Azərbaycan boksunun uğur zolağı davam edir

Paris-2024-də boks yarışında 92 kq-da Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybəy Oralbəyə qalib gələrək, ən azı bürünc medalı təmin edib. Allsport.az saytı xəbər verir ki, bu qələbə sayəsində sözü gedən növdə Azərbaycan uğur zolağını davam etdirmiş olub.

Əsası Sidney-2000-də Vüqar Ələkbərovla (75 kq) qoyulan möhtəşəm yolu Afina-2004-də Fuad Bayramov (51 kq), Ağası Məmmədov (54 kq), Pekin-2008-də Şahin İmranov (57 kq), London-2012-də Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Rio-2016-da Lorenso Sotamayor (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Tokio-2020-də Alfonso Dominqes (81 kq) inamla keçiblər. Digərləri ilə nisbətdə, adı son 2-ci çəkilən Kuba əsilli rinq ustamızın əyarı bir qədər yüksək – gümüşdür.

Boksçularımız bu sıralamada yalnız güləşçilərimizdən geri qalırlar. Əslində, onlarda da bu zolaq Atlanta-1996-dan başlaya bilərdi. Ədalət Məmmədov (+91 kq) da olimpiadanı ən yük­sək əyar­lı me­dal­la tərk et­mə­li idi. Əf­sus­lar ki, oyun­la­rın ən bö­yük əda­lət­siz­li­yi ilə par­laq gə­lə­cə­yi­nə heç ki­min, hət­ta pe­şə­kar bok­sun “ürə­yi dö­yü­nən” Ame­ri­ka­da mü­tə­xəs­sis­lə­rin şüb­hə et­mə­di­yi Əda­lət sın­dı­rıl­dı, yekunda o 5-ci yerlə kifayətləndi. Bu­na rəğ­mən, onun çı­xı­şı­nı da Azər­bay­can pre­zi­den­ti Hey­dər Əli­yev me­da­la la­yiq ki­mi qiy­mət­lən­di­rib mü­ka­fat­lan­dır­dı!

Kamran HACI

Həmin kateqoriyadan