- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
FİNA-nın konqresinin qərarı ilə sinxron üzgüçülüyün adı dəyişdirilərək bədii adlandırılıb. Allsport.az saytı xəbər verir ki, səsvermə Beynəlxalq Üzgüçülük Federasiyasının bu günlərdə su idman növləri üzrə dünya çempionatını qəbul etmiş Budapeştdə olub.
Adı çəkilən təşəbbüs Beynəlxalq Olimpiya Komitəsində bu növü inkişaf etdirmək məqsədi ilə atılıb. Sinxron üzgüçülük ilk dəfə 1984-cü ildə Los-Anceles olimpiya oyunları proqramına daxil edilib. Barselona-1992-yə yarış proqramında tək (solo) və cüt çıxışlar daxil olub. Hazırda olimpiya oyunlarında duet və qruplar üzrə medallar oynanılır.
Maraqlıdır ki, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London, 2016-cı il Rio-de-Janeyro olimpiadalarında sinxron üzgüçülük üzrə bütün qızıl medalları Rusiya təmsilçiləri qazanıblar.