Ölkə başçısı 3-qat dünya çempionlarımıza prezident təqaüdü ayırıb

Ölkə başçısı İlham Əliyev “Azərbaycan respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

Allsport.az saytı xəbər verir ki, sənəddə, Fransa paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında Hacı Əliyev və Almaniyanın Hamburq şəhərində təşkil edilən eyni yarışda boksçu Məhəmmədrəsul Məcidov karyelarında 3-cü dəfə baş mükafata sahib olmaqla, Azərbaycan idmanının şöhrətini daha artırılması qeyd edilib.

Sərəncama əsasən, ölkəyə böyük xidmətlərinə görə bu2 idmançıya Azərbaycan prezidentinin fərdi təqaüdü veriləcək. Nazirlər Kabinetinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmin kateqoriyadan