- Baxış sayı: 125
- 08 Dekabr 2025 22:39
- Baxış sayı: 202
- Yanvar 09, 2026
- 0

Azərbaycan kamandan oxatma federasiyasının təşkilatçılığı, gənclər və idman nazirliyinin dəstəyi ilə 13-16 yanvarda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyi və çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan tibb universitetinin “Təbib” idman mərkəzində baş tutacaq yarışda mövsümün ən güclü oxatanları müəyyənləşəcək.
Dörd gün davam edəcək yarışın proqramına əsasən, yanvarın 13-də idmançıların sınaq atışları və rəsmi məşqləri keçiriləcək. Yanvarın 14-də və 15-də əsas təsnifat mərhələləri baş tutacaq, turnirin son günü – 16 yanvarda isə final görüşləri keçiriləcək.
Çempionatda yeniyetmələr (U15), gənclər (U21) və böyüklər kateqoriyaları üzrə ümumilikdə 70-dən çox idmançı mübarizə aparacaq. İdmançılar 18 metr məsafədə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər. Yarışın sonunda yüksək nəticə göstərən və fəxri kürsüdə yer alan qaliblərə müvafiq dərəcəli diplom və medallar, həmçinin federasiya tərəfindən xüsusi mükafatlar təqdim olunacaq.