- Baxış sayı: 69
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 96
- Dekabr 05, 2025
- 0

Bakı idman sarayında cüdoçuların ölkə çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda Azərbaycan millisinin üzvləri və 56 klubdan 500-ə yaxın idmançı qüvvəsini sınadı.
Bu günün nəticələrinə əsasən, kişilərdə Orxan Səfərov (66 kq; “Neftçi”), Mudad Fətiyev (81 kq; “Judo-2012”), Süleyman Yaqubov (100 kq; “Dinamo”), Şahin Qəhrəmanov (+100; “Neftçi”), qadınlarda Gültac Məmmədəliyeva (52 kq; “Atilla”), Diana Şoranova (63 kq; “Judo-2012”), Günel Həsənli (70 kq; “Zirvə” Abşeron) və Nuranə Muradova (78 kq; “Neftçi”) qalib olublar.
Komanda hesabında “Neftçi” 1-ci, “Dinamo” 2-ci və “Judo-2012” klubları 3-cü yer tutublar.