Yüksək dəstədə rəqabət qızışır

Həftəsonu “AHF arena”da həndbolçuların yüksək dəstəsində 13-cü və 14-cü turların görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, qadınlarda “Azəryol” həlledici görüşlərdə “Qarabağ”a qalib gəlib.

Kişilərdə “Dinamo” qızıl medallara digər iddialı “Məhsul”u üstələyib. Hər 2 liqada qalib liderlər 2-ci matçda çətinlik çəkiblər.

13-cü tur

Qadınlar
“İdman Akademiyası” – U-16 41:23 (23:12)
“Qarabağ” – “Azəryol” 31:35 (14:16)

Kişilər
“Dinamo” – “Məhsul” 27:22 (11:9)

14-cü tur

Qadınlar
U-16 – “İdman Akademiyası” 23:41 (11:24)
“Azəryol” – “Qarabağ” 30:28 (16:14)

Kişilər
“Məhsul” – “Dinamo” 26:27 (11:12)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan