Ölkə çempionatında şəxsi görüşlər sona yetdi

Bakı idman sarayında cüdoçuların ölkə çempionatında şəxsi yarış başa çatdı. Allsport,az xəbər verir ki, kişilər arasında Yaşar Nəcəfov (60 kq), Orxan Səfərov (66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) qalib oldular.

Qadınların yarışında Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), İçinkorloo Munxtsedev (57 kg), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq) və Gözəl Zutova (+78 kq) 1-ci yer tutdular.

Qalib və mükafatçılarına cüdo federasiyası, gənclər və idman nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Dekabrın 26-da çempionatın komanda yarışları keçiriləcək.

Həmin kateqoriyadan