- Baxış sayı: 70
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Bakı idman sarayında cüdo üzrə ölkə çempionatı start götürdüb. Allsport.az xəbər verir ki, yarışın təntənəli açılışın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev və cüdo federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək, ölkəmizdə dövlət səviyyəsində idmana və olimpiya hərəkatının inkişafına göstərilən qayğıdan danışdılar.
Son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları yüksək qiymətləndirildi. Bildirildi ki, cüdo üzrə ölkə çempionatında ilk dəfə olaraq respublikamızın daha çox bölgəsindən idmançılar mübarizə aparır.
Rəsmi çıxışlardan sonra dövlət himni səsləndirildi.