Ölkə cüdosunda ilk: Olimpiya oyunlarına – bu idman növünün vətəninə tam heyətlə!

Beynəlxalq cüdo federasiyası Tokio yay olimpiya oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan cüdo tarixində ilk dəfə kişilərdə tam heyətlə yollanacaq. Bunlar Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qaydaya əsasən, olimpiadaya hər çəkidə yalnız 1 cüdoçu yollana bilər. Bizdə rəqabərli çəkilərdə son sözü yaxın günlərdə məşqçilər heyəti deyəcək.

Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələniblər.

Həmin kateqoriyadan