- Baxış sayı: 37
- 29 Yanvar 2026 10:23
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.
Allsport.az xəbər verir ki, Bakı boks mərkəzində təşkil edilən yarışda 48 kq çəkidə Lalə Mədətova qalib adına layiq görülüb.
Z-1 idman klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.
Cəmilə Sultanlı (51 kq, Sumqayıt) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.
Emili Rzayevanın (“Neftçi” İK) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kq çəki dərəcəsində birinci olub.
Fatimə Mehdiyeva (Gəncə) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kq çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.
Yarışda Güləndam Aslanova (60 kq, “Qızıl əlcək” İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.