“Özümüzə inanmağa borcluyuq”

“Fənərbağça”nın yarımmüdafiəçisi Nqolo Kante Avropa liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Nottingem Forest” komandasına qarşı keçirilən matçdakı məğlubiyyəti (0:3) şərh edib.

Allsport.az xəbər verir ki, Kante “Fənərbağça”nın heyətində çıxış etməkdən duyduğu məmnunluğu ifadə edərək, üçillik fasilədən sonra yenidən avrokubok oyununa çıxmasının onun üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Təəssüf ki, bu gün komandamız rəqibə lazımi şəkildə cavab verə bilmədi. Biz daha güclü oyun nümayiş etdirməli idik. Bununla belə, qarşıda hələ bir oyun var və biz özümüzə inanmağa borcluyuq”.

Tərəflər arasında cavab qarşılaşması fevralın 26-da İngiltərədə keçiriləcək.

Həmin kateqoriyadan