- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Azərbaycan tennis və padel federasiyaları tərəfindən təşkil olunan padel tennis üzrə Bakı çempionatına yekun vurulub. “Sea Breeze”də keçirilən yarışda 2 dərəcədə mübarizə olub.
Allsport.az saytı xəbər verir ki, kişilərdə 1-ci yeri Yusif Rzayev və Tamerlan Əzizov, 2-ci yeri Rəsul Qocayev və Oleq Zagorodnev, 3-cü yeri Orxan Manaflı və İlyas Həsənli cütü tutublar.
Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Sofiya Sokolova zirvədə qərarlaşıblar. Mehin Qocayeva və Fatimə İbrahimova 2-ci, Billur Quliyeva və Leyla Almisakova cütü 3-cü olublar.