- Baxış sayı: 56
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Milli paralimpiya komitəsinin rəhbərliyi Naxçıvan Muxtar Respublikasında bir qrup yeniyetmə paralimpiyaçı və məşqçi ilə görüşüb.
Allsport.az xəbər verir ki, İlham Əliyev adına olimpiya idman kompleksində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, milli paralimpiya komitəsinin baş katibi Toğrul Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə MPK-nın rəsmiləri iştirak ediblər.
Görüşdə məşqçilərin fikirləri dinlənilib, cari vəziyyət və gələcək addımlar müzakirə olunub.
Ötən ilin sonu Sumqayıtda təşkil edilən uşaq paralimpiya oyunlarında Naxçıvan Muxtar Respublikasından gələn yeniyetmə paralimpiyaçılar da mübarizə aparıb.