Pavel Elyanov: Sonda təslim olmaqdan başqa yol yox idi

“Şəmkir Chess-2016” superturnirinin 3-cü turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova uduzan Pavel Elyanov partiya haqda bunları deyib. Allsport.az saytı xəbər verir ki, ukraynalı idmançının fikrincə, oyunu heç-heçəyə aparmaq mümkün görünürdü:

“Şəhriyar çox yaxşı başladı. Hiss olunurdu ki, qələbə qazanmaq istəyir. Buna baxmayaraq, məğlub olmaq barədə düşünmürdüm. Sonda təslim olmaqdan başqa yol yox idi. Şaha qarşı hücumlar artdı.

Artıq müdafiə olunmaq alınmırdı. Tez bir zamanda məğlubiyyəti unutmaq lazımdır. Qarşıda çox çətin oyunlar var. Şəmkirdə zəif rəqib yoxdur, ona görə hər tur istənilən nəticə baş verə bilər”.

Həmin kateqoriyadan