- Baxış sayı: 48
- 24 Mart 2026 23:23
- Baxış sayı: 88
- Mart 25, 2026
- 0

Hövsanda yerləşən FHN idman kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. Allsport.az xəbər verir ki, turnirin sonuncu günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.
Əmrah Səlimli (60 kq), Elcan Şəfiyev (73 kq), Kamran Novruzov (90 kq), Kənan Nəsibov (+100 kq) oğlanların mübarizəsində bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Qızların yarışında qalib gələn cüdoçuları təqdim edirik:
-48 kq Kərimova Vüsalə
-57 kq Hacızadə Vüsalə
-70 kq Cavadova Rahidə
+78 kq Hacıverdiyeva Firuzə
2 gün davam edən Bakı şəhər açıq birinciliyində 25 klubdan 217 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.