- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Braziliyalı futbol əfsanəsi, 74 yaşlı Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək. Allsport.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat verib.
Hazırda xəstəxanada olan sabiq futbolçu “Twitter” hesabı vasitəsilə onu sevənlərə vəziyyətinin yaxşı olduğunu bildirib: “Bu imkandan istifadə edərək bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır”.
Pele deyib ki, artıq reanimasiyada yox, məxfilik məqsədilə xəstəxanada xüsusi otağa köçürülüb. Qeyd edək ki, Pele noyabrın 13-də böyrək daşının götürülməsi üçün uğurlu əməliyyat olunub, lakin sonradan sidik yolu infeksiyası diaqnozu qoyulduğundan yenidən xəstəxanaya götürülüb.
Pele qeyd edib ki, qarşıdan gələn bayramları ailəsi ilə keçirmək, yeni ilə tam sağlam başlamaq və bir sıra beynəlxalq səfərlərə getməyə hazırlaşır.
Qeyd edək ki, Pele Azərbaycan ilə yanaşı, Avstraliya, Çin və Nigeriyaya da səfər etməyi planlaşdırır.