PFL prezidenti: Artıq Sadıq Sadıqovla düşmən olmuşuq

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimlərdən daha bir xahiş edib. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, ölkə çempionatlarının təşkilatçısı Premyer liqaya təyinat alan «ədalət təmsilçiləri»ndən onun Sadıq Sadıqovla münasibətlərini nəzərə almalarını istəyib. «Neftçi»nin prezidenti ilə arasının dəyməsindən narahatlıq keçirməsini son iclasda etiraf edən PFL-in rəhbəri bunlar deyib:

«Onun yanında məni istəməyən insanlar olub, indii də var. Siz gərək «Neftçi»nin oyunlarında diqqətli olasız. Hər ciddi səhv mənə ciddi problem yaradır. Artıq Sadıq Sadıqovla düşmən olmaq hədinə çatmışıq. Hər zəng vuranda sizlərdən şikayətlənir.

«Simurq»a uduzdular, Fariz Yusifovu günahkar bildilər. «Neftçi»nin qapısına birinci penalti yox idi. Fariz olmayn penaltini verdi, «Neftçi»nin olan penaltisini vermədi. Mən heç kimi inandıra bilmirəm ki, bunlar oyunda olan səhvlərdi, qərəz deyil».

 

Həmin kateqoriyadan