- Baxış sayı: 207
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 111
- Dekabr 05, 2025
- 0

Kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasının əsas mərhələsi başa çatıb.
Allsport.az xəbər verir ki, komandalar 1 dövrədən ibarət olmaqla 2 qrupda mübarizə aparıb. Hər qrupda ilk 2 yeri tutan kollektivlər pley-off mərhələsinə vəsiqə qazanıblar.
Yarımfinal və final oyunlarından ibarət pley-off mərhələsinə A qrupundan “Express” və “Hərbi institut”, B qrupundan isə “Kapitalist” və “Təhsil” klubları yüksəliblər.
Pley-off oyunlarına aprelin 2-də start veriləcək. Həmin gün keçiriləcək yarımfinalda A qrupunda birinci olmuş “Express“ B qrupunun ikincisi “Kapitalist” ilə, B qrupunun birincisi “Təhsil” isə A qrupunun ikincisi “Hərbi institut” ilə qarşılaşacaq. Qaliblər finalda I-ci Liqanın qalibini müəyyən edəcək, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
2 aprel
Yarımfinal
12:30 “Express” – “Kapitalist”
14:00 “Hərbi İnstitut” – “Təhsil”
Oyunlar “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.