- Baxış sayı: 21
- 27 Mart 2026 15:51
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Ötən gün almaniyalı hücumçu Lukas Podolski vida matçına keçirib.
Allsport.az xəbər verir ki, oyun Kölndə baş tutub. Eyniadlı şəhər klubu Podolskinin dostlarından ibarət komandasına 3:5 hesabı ilə uduzub.
Qarşılaşmaya 50 min tamaşaçı qatılıb. Podolski hər komandaya bir qol vurub. Azarkeşlər 39 yaşlı forvardı alqışlarla yola salıblar.
Bu oyunda Manuel Noyer, Mats Hummels, Per Mertesaker, həmçinin məşqçilər Hans-Diter Flik və Yoahim Löv iştirak ediblər.