- Baxış sayı: 27
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 62
- Dekabr 05, 2025
- 0

Paralimpiyaçı Polad Rzayev ABŞ-nin Kolorado ştatında beynəlxalq xizək və snoubord federasiyası (FİS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.
Allsport.az xəbər verir ki, idmançı paralimpiyanın dağ xizəyi idman növündə LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.
Bununla da Polad Rzayev beynəlxalq yarışlarda və qış paralimpiya oyunlarına lisenziya xalları qazandıran turnirlərdə iştirak edə biləcək. Onun yarışlara hazırlığı və yarışlarda iştirakı üçün milli paralimpiya komitəsi ilə Azərbaycan qış idman növləri federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.