- Baxış sayı: 45
- 17 Aprel 2025 14:14
- Baxış sayı: 77
- Aprel 20, 2025
- 0
İsraildə komandalararası dünya çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi növbəti oyunlarını keçirib. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma “B” qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb – 2,5:1,5. IV turda isə Polşa ilə qarşılaşan Azərbaycan yığması heç-heçəyə razılaşıb – 2:2.
Hazırda 5 xalı olan Azərbaycan komandası 2-ci sırada qərarlaıb. Millimiz qrupda son oyununu bu gün İsrail komandasına qarşı keçirəcək.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. 14 ölkənin təmsil olunduğu dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.