- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşqdə Polşa millisi də iştirak edir. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi həmyerlimiz Rəşad Həsənovdur. O, Azərbaycanla birgə hazırlığın şox faydalı olduğunu dedi:
“Belə yüksək səviyyəli təşkilatçılığa görə, Azərbaycan cüdo federasiyasına təşəkkürümü bildirirəm. Yenidən özümüzkülərlə birgə olmaqdan çox məmnunam. Polşa federasiyası çalışır ki, daim Azərbaycanla hazırlaşsın. Çünki bunda fayda var. Ölkəm cüdonun mərkəzindən biri kimi tanınır.
Göygol səfərindən öncə Polşada 3-həftəlik birgə hazırlıq oldu. Ordada əsasən fiziki, amma burada taktiki-texnikanın üzərində çox çalışma gedir. Dünya çempionatına 5 idmançı ilə yollanmağı düşünürük. Biz hələ inkişaf mərhələsindəyik. Nəticələrimiz ildən-ilə yaxşılaşır. Bir az zamana ehtiyac var”.
”