- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
28-30 yanvarda Portuqaliyanın Almada şəhərində qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 44 ölkədən 344 (199 kişi, 145 qadın) cüdoçunun iştirakı gözlənilir. Məşqçilər heyəti 13 idmançıya fürsət verəcək.
Bunlar Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi – 60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri, Aydan Vəliyev, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) tatamiyə çıxacaqlar.
Mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazırlar.