Premyer Liqa klublarına sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“İnter” – “Simurq” matçının 88-ci dəqiqəsində “Simurq”un futbolçusu Marko Stanoyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 90+3-ci dəqiqəsində “Bakı”nın futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Həmin kateqoriyadan