- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki UEFA Avropa Liqasında keçirilmiş “Sent-Etyen” – “Qarabağ” qarşılaşmasının izləyib və bununla bağlı fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissədə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.