PSJ Mbappeyə olan borcunu ödəyir

PSJ 2024-cü ildə komandadan ayrılan Kilyan Mbappe ilə bağlı yaranmış maliyyə öhdəliklərinin bir hissəsini yerinə yetirib.

Allsport.az xəbər verir ki, Paris təmsilçisi ulduz futbolçuya gecikdirilmiş ödənişlər çərçivəsində daha 4 milyon avro ödəyib.

Ötən ilin dekabrında məhkəmə PSJ-nin Mbappeyə ödənilməmiş əməkhaqqı və bonuslar qarşılığında ümumilikdə 61 milyon avro təzminat ödəməsi barədə qərar çıxarmışdı. Artıq 55 milyon avronu ödəyən klub rəhbərliyi qalan 6 milyon avroluq borcun növbəti hissəsini də bağlayıb. Hazırda tərəflər arasında 2 milyon avro məbləğində qalıq borc qalıb ki, Fransa çempionu futbolçunun bu məbləğdən imtina edəcəyini gözləyir.

Həmin kateqoriyadan