- Baxış sayı: 30
- 11 Mart 2026 16:57
- Baxış sayı: 84
- Mart 11, 2026
- 0

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.
Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.
Keyta “Qəbələ”də 33 nömrəli köynəkdə çıxış edəcək.