- Baxış sayı: 15
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 23
- Dekabr 05, 2025
- 0
Ukraynanın “Çernomorets” klubu “Qəbələ”yə baş məşqçi təyin olunacağı gözlənilən Roman Qriqorçukla yollarını ayırıb. Allsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Qriqorçuk bir neçə gün öncə Azərbaycana gəlmiş, “Qəbələ”nin bazası ilə tanış olmuş, bu komandanın Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyununu izləmişdi. Artıq tərəflər böyük ölçüdə razılığa gəliblər və böyük ehtimalla Qriqorçuk məhz Azərbaycan klubu ilə anlaşdığına görə, “Çernomorets”dən ayrılıb. Onun “Qəbələ” ilə 1,5 il müddətinə müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, Qriqorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” komandalarını da çalışdırıb.