- Baxış sayı: 4
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, mərhələnin son oyununda “Qəbələ” doğma meydanda “Baku Sportinq”lə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.
Bölgə təmsilçisinin heyətində Domi Massumo dubl (5, 43) müəllifi olub. Digər qolları isə Ruslan Vorontsov (20) və Fərid İsgəndərov (75) rəqibin qapısından keçiriblər.
Bu qələbə sayəsində Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv 1/8 finalda “Qarabağ”ın rəqibi olub.
Azərbaycan kuboku
1/8 final mərhələsinin cütləri
“Araz-Naxçıvan” – “Mingəçevir”
“Zirə” – “Şamaxı”
“Qaradağ Lökbatan” – “Səbail”
“Qəbələ” – “Qarabağ”
“Kəpəz” – “İmişli”
“Neftçi” – “Difai”
“Turan Tovuz” – “Sabah”
“Sumqayıt” – MOİK
1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.