Qədir Hüseynov “ACP masters” turnirində

Dekabrın 7-də İsrailin Aşdod şəhərində sürətli şahmat üzrə “ACP masters” turniri başlayacaq.

Allsport.az saytı xəbər verir ki, yarışda 12 qrossmeyster, o cümlədən Azərbaycan təmsilçisi Qədir Hüseynov, Vasili İvançuk, Pavel Elyanov (Ukrayna), Yan Nepomnyaşşi, Dmitri Yakovenko (Rusiya), Riçard Raport (Macarıstan), Başkaran Adxiban (Hindistan), Etyen Bakro (Fransa), Samüel Sevyan (ABŞ), yerli şahmatçılar Boris Gelfand, İlya Smirin və Emil Sutovski iştirak edəcəklər.

Şahmatçılar əvvəlcə hər biri 6 iştirakçıdan ibarət olan iki qrupda dairəvi sistemlə oynayacaq, sonra hər bir komandadan iki qalib yarımfinal mərhələsinə çıxacaq. Beynəlxalq turnir dekabrın 7-dən 10-dək keçiriləcək.

Həmin kateqoriyadan