- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, Bakı şahmat klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıb.
Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.
İki yarışın yekununa əsasən 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub.
Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə, Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər. Əlavə göstəricilərdə üstün olan Kənan Qarayev turniri üçüncü yerdə başa vurub.
Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib.