Qədir Hüseynov blits-turnirin gümüş mükafatçısı olub

Dubayda keçirilən 17-ci “Dubai Open Chess Tournament 2015” çərçivəsində blits-turnir keçirilib. Allsport.az xəbər verir ki, blits-turnirdə 21-i beynəlxalq qrossmeyster olmaqla 80 şahmatçı mübarizə aparıb.

İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən turnirin qalibi Rusiya təmsilçisi Vladimir Fedoseyev olub. Azərbaycan şahmatçısı Qədir Hüseynov isə aktivinə 8,5 xal yazaraq gümüş mükafata layiq görülüb.

Digər təmsilçimiz, beynəlxalq qrossmeyster Eltac Səfərli isə 6,5 xalla 21-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan