- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0
Birləşmiş Ərəb Əmirliklərinin Şərc şəhərində “İslam mədəniyyəti paytaxtları” beynəlxalq şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Kişilərdə 46, qadınların yarışlarında 26 idmançı iştirak edib.
Birincilərin rəqabətində Qədir Hüseynov, Əhməd Ədli (Misir) və Semeteya Toloqontegina (Qırğızıstan) eyni nəticə göstəriblər: onların hər biri 9 mümkün xaldan 7 xal toplayıb. Lakin əmsallara görə Azərbaycan qrossmeysteri qalibi olub. Digər təmsilçimiz Eltac Səfərli 6,5 xal, Nicat Abbasov 6 xal toplayıb.
Qadınların turnirində Azərbaycan nümayəndəsi Ülviyyə Fətəliyeva 8 xal toplayaraq 1-ci yeri tutub. Xəyalə Abdulla (6 xal) 4-cü, Nərmin Xələfova (5 xal) 6-cı olub.